Kredit ittifaqı

Credit union Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün ya ratdıqları bank olmayan kredit təşkilatı. Kredit ittifaqında toplanan pul vəsaitləri üzvlərinin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün qısa və uzun müddətli kreditlər verilməsinə sərf olunur. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.
Kredit dəyəri
Kredit qıtlığı (sıxıntısı)
OBASTAN VİKİ
Kredit
Kredit (lat. creditum) — bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir. Bank krediti – bank tərəfindən borc alanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür. Kredit sisteminin 2 forması mövcuddur: Funksional forma İnstitusional forma. Funksional forma - kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür. İnstitsional forma - maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür. Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır.
Banklararası kredit
Banklararası kredit — bir bankdan digər banka kredit vermə prosesi. Bazarda əsas kreditor Mərkəzi Bankdır. Kommersiya bankları digər kommersiya banklarının borcalan və kreditorları kimi çıxış edirlər. Bir qayda olaraq, vəsaitlərin cəlb edilməsi birdəfəlik kredit müqavilələri əsasında və ya digər banklarda əmanətlərin yerləşdirilməsi yolu ilə həyata keçirilir. Banklararası kreditlərin əksəriyyəti bir həftə və ya daha az müddətə, əksəriyyəti isə bir gecəlik müddətə nəzərdə tutulub. Belə kreditlər banklararası məzənnə ilə verilir (kreditin müddəti overnayt olarsa overnayt dərəcəsi də deyilir). Banklar likvidliyi idarə etmək və ehtiyat tələbləri kimi tənzimləyici tələblərə cavab vermək üçün banklararası kredit bazarında borc götürür və borc verirlər. Faiz dərəcəsi bazarda pulun mövcudluğundan, mövcud tariflərdən və müqavilənin konkret şərtlərindən, məsələn, müddətin uzunluğundan asılıdır. Federal fondlar dərəcəsi (ABŞ), LIBOR (Böyük Britaniya) və Euribor (Avrozona) daxil olmaqla geniş çap olunmuş banklararası dərəcələr mövcuddur. Kommersiya banklarının kredit fəaliyyəti banklararası kreditlər bazarındakı əməliyyatlardan ayrılmazdır.
Bərpaolunan kredit
Bərpaolunan və yaxud "revolver krediti" bu xüsusiyyətlərə malik hesabın açılmasına imkan verir: belə ki, açılan hesaba təyin edilmiş limitlə vəsait yerləşdirilir və bu vəsait bir neçə dəfə istifadə edilə və təqdim edilən müddət ərzində geri qayıda bilər. Kreditləşmənin bu növünün tipik növləri overdraftlar və dövlətlərarası səviyyədə təqdim edilən kiçik biznes üçün kredit xəttidir. == Bərpaolunan kreditin əsas xüsusiyyətləri == Revolver krediti üzrə borcalan qismində fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və hətta bir dövlət çıxış edə bilər. Bu zaman kreditorun üzərinə düşən əsas vəzifə tələb üzrə vəsaitlərin təqdim edilməsi və borcun ödənməsinə maneə yaratmayan şərtlərin təmin edilməsidir. Borcalan təqdim edilən limit çərçivəsində istənilən məbləğdən istifadə edə və borcu borcun ümumi təqdim edilməsi üzrə təyin edilmiş dövrü keçməməklə istənilən, daha doğrusu özünə uyğun olan vaxt qaytara bilər. Faiz dərəcəsi isə müstəsna olaraq limitin istifadə olunmuş hissəsi üzrə təyin edilir və borc məbləği geri qaytarıldıqda istifadə üçün əlçatan olan məbləğin həcmi artır. Bərpaolunan kredit üzrə məbləğin limiti müştərinin ödəniş qabiliyyəti nəzərə alınmaqla təyin edilir və bu məbləğ borcalanın 6 aylıq gəlirindən çox ola bilməz. Burada beynəlxalq kreditər istisna təşkil edir və bu zaman borc öhdəliyinin məbləği nadir hallarda ÜDM-un 1 illik nəticələrindən çox olur. Revolver kreditləri müddətli və müddətsiz xarakter daşıya bilər. Belə ki, kredit kartında onun fəaliyyət müddəti, müqavilədə isə vəsaitlərin tam ödənilməsi dövrü göstərilir.
Kredit (dəqiqləşdirmə)
Kredit
Kredit ittifaqları
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər. Kredit ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi; üzvlüyün könüllülüyü; fəaliyyətinin aşkarlığı; şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi; payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi; Kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı; əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi; fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması. Kredit ittifaqının aşağıdakı hüquqları vardır: banklardan, beynəlxalq və xarici maliyyə-kredit qurumlarından kredit, qrant almaq; öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək; sərbəst pul vəsaitini banklara, digər Kredit ittifaqlarına depozitə qoymaq, habelə dövlət qiymətli kağızlarının alınmasına sərf etmək. Kredit ittifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir. Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir. Credit Union Database Arxivləşdirilib 2013-01-20 at the Wayback Machine - all credit unions in USA World Council of Credit Unions trade association for credit unions Association of Asian Confederations of Credit Unions regional federation representing 21 national federations in Asia with 35 million retail members Association of British Credit Unions Limited - the largest trade body representing credit unions in the UK National Association of Credit Union Workers - a staff association for all UK credit union workers regardless of trade body affiliation National Federation of Community Development Credit Unions - a trade body representing more than 240 community development credit unions (CDCUs) across the United States. Scottish League of Credit Unions - a trade body representing credit unions in Scotland Virginia Credit Union Arxivləşdirilib 2010-12-30 at the Wayback Machine - all credit unions listed in VA directory.
Kredit kart
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kredit müqaviləsi
Kredit müqaviləsi — Kommersiya bankı və ssuda alan arasında imzalanan saziş. Həmin sazişə əsasən, bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür. Adətən, kredit müqaviləsi aşağıdakı əsas bölmələrdən ibarət olur: Razılığa gələn tərəflərin adlarının olduğu preambula Kreditin məqsədi, həcmi, istifadə olunma müddəti və ödəniş tarixi. Bu bölmədə istənilən kreditin dəqiq məqsədi qeyd edilir, çünki Rusiya qanunvericiliyinə əsasən, kreditin məqsədli istifadəsinə nəzarət bütünlüklə kommersiya bankına həvalə olunur, kreditin müəyyən məqsəd üçün istifadə olunmaması kredit müqaviləsinin qüvvəsinin dayanması və bankın kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı tələbi üçün əsas kimi çıxış edir. Bundan əlavə, bu bölmədə kreditin istifadə müddəti və dəqiq ödəniş tarixi göstərilir, çünki borc alan krediti müəyyən edilmiş tarixdə ödəmədikdə bankın ona qarşı tətbiq edəcəyi cərimə sanksiyaları qüvvəyə minir. Kreditdən istifadəyə görə ssuda faizi, həmin faizin ödənilməsinin qaydası və müddəti və faiz dərəcəsinin dəyişmə qaydası. Kredit müqaviləsinin bu bölməsi bankın ssuda alanla qarşılıqlı münasibətlərində ən mühüm bölmədir, əsas fikir ayrılıqları adətən bu bölmə ilə əlaqədar yaranır. Banklar tez-tez kredit müqaviləsinə dəyişiklik etmək zərurəti ilə üzləşir, bu dəyişikliklər kreditdən istifadəyə görə faiz dərəcəsinin artması ilə bağlıdır. Bəzən banklar öz müştərilərinə faiz dərəcəsinin dəyişməsi haqqında yazılı bildiriş göndərməklə kifayətlənirlər. Nəzərə almaq lazımdır ki, müqavilədə nəzərdə tutulmuş hallar istisna olunmaqla, müqavilənin şərtlərinin birtərəfli dəyişdirilməsi yolverilməzdir.
Kredit qeydləri
Müştərinin kredit reytinq bankları tərəfindən müəyyənləşdirdiyi maliyyə əməliyyatları nəticəsində meydana gələn risk skorudur. Bu risk hesabına görə, banklar müştərilərə kredit verə bilməyəcəyinə qərar verirlər. Kredit memorandumunun emitenti ümumi banklar tərəfindən müəyyən edildiyi üçün, bu bankların köçürülməsi barədə məlumat bir yerdə toplanır və kredit qeydləri bu şəkildə yaranır. Təsirin dərəcəsi: 35% — fərdi kredit kartını ödəmək imkanı Təsirin dərəcəsi: 35% — fərdi borc və ödəmə vəziyyəti Təsirin dərəcəsi: 11% — yeni kreditlərin açılması Təsirin dərəcəsi: 10% — Kreditlərin istifadə müddəti Təsir nisbəti: 9% — Digər səbəblər Kredit hesabınızı öyrənmək üçün kredit almaq üçün müraciət edə bilərsiniz, lakin ölkənizə görə dəyişən SMS hesabını da tapa bilərsiniz. Bununla yanaşı, müxtəlif sual-cavab vasitələr də var.
Kredit təşkilatı
Kredit təşkilatı — bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.
Kredit xətti
Debet və kredit
Debet və kredit — standartlaşdırılmış mühasibat metodik üsulları. İqtisadi və digər proseslərin imkanlarını və istiqamətlərini ortaya qoyurlar və bu imkanlar üçün sərhədləri aşkar edirlər. İki növ hesab mövcuddur: aktiv və passiv. Passiv borc götürülmüş vəsait deməkdir; aktiv — bir şirkətin, müəssisənin və ya bankın ayrılmış vəsaiti. Aktiv hesablar üçün: debet — qəbz, kredit — xərc. Passiv üçün: kredit — gəlir, debet — xərc. Debet — hesabın sol tərəfi. Aktiv və aktiv-passiv hesablar üçün: debetdəki artım, təşkilatın mülkiyyət və ya mülkiyyət dəyərində artım deməkdir. Passiv hesablar üçün: debetdə artım təşkilatın öz fondlarında (mənbələrində) azalma deməkdir, lat. debet — yəni "etməlidir" deməkdir.
Restrukturizasiya olunmuş kredit
Restrukturizasiya olunmuş kredit (ing. Rescheduled loan) - Ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər.
Pul-kredit siyasəti
Monetar siyasət (ing. Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi. Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-də Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar.
Valyuta-kredit əlaqələri
Valyuta-kredit əlaqələri — müxtəlif ölkələrin subyektləri, yəni rezidentləri və qeyri-rezidentləri arasında maliyyə münasibətləri və ya predmeti valyuta sərvətlərinə mülkiyyət hüququnun və valyuta sərvətləri ilə bağlı digər mülkiyyət hüquqlarının ötürülməsi olan bir ölkənin hüquq subyektləri arasında münasibətlər. Dövlətlər və hökumət təşkilatları Beynəlxalq təşkilatlar Müxtəlif təşkilati-hüquqi forma və fəaliyyət növləri olan müəssisə və təşkilatlar: Banklar Müəssisələr (istehsal, ticarət, xidmət sənayesi və s.) Maliyyə təşkilatları (sığorta şirkətləri, investisiya fondları, bank olmayan maliyyə təşkilatları və s.) Qeyri-kommersiya təşkilatları Digər təşkilatlar Sahibkarlar Vətəndaşlar Международные экономические отношения. Учебное пособие под ред. проф.
Kredit həyat sığortası
Etoliya ittifaqı
Etoliya ittifaqı q.yun. Κοινὸν τῶν Αἰτωλῶν) — Qədim Yunanıstanın Etoliya vilayətində yaşamış icmaların siyasi birliyi. İlk əvvəl tayfa ittifaqı xarakteri daşıyırdı. E.ə. III əsrin ikinci yarısında öz qüdrətinin ən yüksək zirvəsinə çatmışdır. Etoliya ittifaqının tərkibinə Etoliyadan başqa, Orta Yunanıstanın bir sıra vilayətləri, Fessaliyanın bir hissəsi, Peloponnesin bəzi şəhərləri də daxil idi. Etoliya ittifaqı federativ və demokratik əsaslar üzərində qurulmuşdu, bura daxil olan icmalar xeyli dərəcədə daxili muxtariyyətini saxlayırdı, lakin mühüm məsələlərin həlli, xüsusən də xarici siyasət ittifaq hökumətinə aid idi. Etoliya ittifaqının Romaya qarşı durmaq cəhdləri e.ə. 189-cu ildə tam məğlubiyyət və Romanın tabeliyinə keçməklə nəticələnmişdir. John D. Grainger (1999) The League of the Aitolians (Google Books).
Gömrük ittifaqı
Gömrük İttifaqı (Gİ) — azad ticarət zonasına daxil olan ölkələrin başqa ölkələrə tətbiq etdiyi ümümi tarif sistemidir. Bəzən üzv ölkələr bir xarici ticarət siyasəti aparır, amma xüsusi hallarda fərqli gömrük tarifi tətbiq edirlər. Bu çərçivədə rəqabətlə bağlı əskiklikləri aradan qaldırmaq üçün ümumi rəqabət siyasəti də həyata keçirilir. Gömrük ittifaqı iqtisadi inteqrasiyanın üçüncü səviyyəsidir. Gİ qurmaqda məqsəd iqtisadi səmərəliliyi artırmaq və üzv ölkələr arasında daha sıx siyasi, iqtisadi və mədəni əlaqələr formalaşdırmaqdır.
Hanza ittifaqı
Hanza ittifaqı (o.a.alm.: Hanse/Düdesche Hanse/Hansa, alm. Deutsche Hanse‎, lat. Hansa Teutonica) — XIV–XVII əsrlərdə Almaniyanın şimalında yerləşən şəhərlər və xarici ölkələrdə yaşayan etnik almanlar tərəfindən yaradılmış tarixi ticari ittifaq. Hanza ittifaqına şəhərlər daxil olmuşdur və onlar bir-birlərinin ticari maraqlarını müdafiə etmək barədə razılığa gəlmişlərdir. Hanse. In: Lexikon des Mittelalters (in 10 Bde.). Artemis-Verlag. München-Zürich, 1980—2000. Bd. IV, S. 1921—1926.
Həmkarlar ittifaqı
Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur. Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir. Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər.
Kalmar İttifaqı
Kalmar Birliyi (Dat., Nor., İsveç. Kalmarunionen) — Danimarka kralların ali hakimiyyəti altında olan Danimarka, Norveç və İsveç krallıqlarının şəxsi birliyi (1397–1523). Ölkələr öz suverenliklərindən imtina edib, geniş muxtariyyətləri qoruyub saxlayırdılar. Maraqların fərqliliyi (xüsusilə İsveçin Danimarka hökmranlığından narazılığı) münaqişəyə və 1523-cü ildə ittifaqın son dağılmasına səbəb oldu. Birlik 14-cü əsrdə Skandinaviyada alman iqtisadi və siyasi genişlənməsinə qarşı əks-təsir göstərmək üçün yarandı. Bu dövrdə sərbəst şəhərlər və Hansa tədricən Skandinaviya ticarətini inhisara aldı. Almanların bölgəyə nüfuz etməsi Skandinaviya inteqrasiyasını gücləndirdi. Kalmar Birliyinin peyda olmasına səbəb olan ikinci amil iqlimin pisləşməsi ilə əlaqədar XIII–XIV əsrlərdəki iqtisadi böhranlar idi. Bir çox nəcib Skandinaviya ailəsinin Şimali Avropada mülkləri var idi, ortaq bir kral onlar üçün mülklərin qorunması, separatizmdən qorunma qarantiyası təşkil edə bilərdi. Danimarka təkbaşına siyasi iddialarını gerçəkləşdirə bilməzdi: Şlezviq və Baltikyanı ölkələri tərk etmək məcburiyyətində qalmışdı.
Kinematoqrafçılar İttifaqı
Azərbaycan Kinematoqrafçılar İttifaqı
Korinf ittifaqı
Korinf ittifaqı (bəzi mənbələrdə ellin ittifaqı, rəsmi — ellinlər (Έλληνες) də adlandırılmışdır) — e.ə. 338/337-ci illərin qışında Makedoniya hökmdarı II Filipp tərəfindən İrana qarşı birgə mübarizə aparmaq məqsədilə yaradılmış yunan şəhər-dövlətlərin ittifaqı. Bu ittifaq müasir tarixçilər tərəfindən Korinf ittifaqı adlandırılmışdır. Korinf ittifaqına daxil olan şəhər-dövlətlər aşağıdakı hüquq və vəzifələrə malik idi: İttifaqa daxil olan dövlət öz müstəqilliyini saxlayırdı. Sinedrion və ya konqress nümayəndələri Korinfə toplanmalı idi. İttifaq bu ittifaqın hər hansı bir üzvünə qarşı törədilən təcavüzkarlıq və ya fitnəkarlıq hərəkətlərinə qarşı birlikdə hərəkət etməli idi. İttifaq bu ittifaqa daxil olan ökələrin böyüklüyünə uyğun müəyyən edilən limit daxilində toplanan silahlı qüvvələrə malik idi. II Filipp ittifaq ordusunun komandanı olmalı idi. İttifaqın idarəetmə orqanları: Korinf ittifaqının ali idarəetmə orqanı -"Ellinlərin sinedrionu" Korinf ittifaqının ali vəzifəli şəxsi — "Ellinlərin iqemonu" Организация греческого союза Arxivləşdirilib 2008-12-12 at the Wayback Machine Проблема соотношения Эллинского союза против персов и I Афинского морского союза Arxivləşdirilib 2007-12-11 at the Wayback Machine [http://www.kulichki.com/~gumilev/HEU/heu1210a.htm История Европы. Том 1.
Kəndli ittifaqı
Kəndli ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda yaradılmış qeyri-hökumət təşkilatı. Əsası 1918-ci ilin yanvarında Bakı şəhər rəisliyi kəndlilərinin qurultayında qoyulmuşdu. 32 nümayəndənin iştirak etdiyi qurultayda ittifaqın idarə heyəti seçilmişdi: sədri Mahmud Quliyev, üzvləri Şirəli Zeynalov, Məmməd bəy Bakıxanov, Hacağa Babayev, Məşədi Ağarəşid Feyzizadə, Mirzə bəy Mahmudbəyov, Manaf Məhərrəmov, Seyid Mehdi Seyid Musa oğlu, Mir Həmdulla Zəkizadə, Molla Abbdulla Şahbazzadə idilər. İdarə heyəti "İsmailiyyə" binasında yerləşirdi. İttifaq kəndlilərin sosial-iqtisadi mənafelərəni müdafiə edən yeganə birlik idi. Əsas məqsədi kəndlilərin birliyinə nail olmaq, kəndli bankı açmaq, kəndliləri Müəssislər məclisinə seçkilərə hazırlamaq, onların arasında maarif işini genişləndirmək (xalq məktəblərinin açılması) və s. olmuşdur. 1918-ci ilin martında daşnak-bolşevik quldurlarının Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı zamanı ittifaqın "İsmailiyyə" binasında yerləşən dəftərxanası və əmlakı yandırılmış və o, fəaliyyətini müvəqqəti dayandırmışdı. 1918-ci ilin sentyabrında yenidən işə başlayan İttifaqın fəaliyyəti bütün Bakı qəzasını (280 min nəfər əhalisi olan 76 kənd) əhatə edirdi. 1920-ci ilin əvvəllərində 1 2-ci kəndli qurultayının çağırılacağı elan olunmuşdu.
Kəngər İttifaqı
Kəngər İttifaqı — (qaz. Қaңғар Oдағy (Qangar Otağı)),Yeddisu ərazisindən başqa bütün müasir Qazaxıstan ərazisini əhatə edən Türk dövləti. Etnik adı olan Kəngər adı, indi qazax, özbək və qaraqalpaq xalqlarının bir qolu olan Qanqlı xalqı üçün erkən orta əsr adlarıdır. Kəngər İttifaqınnı paytaxtı Ulıtau dağlarında yerləşirdi. Oymaqlarından üçü Kəngər (yun. Καγγαρ) olaraq bilinən peçeneqlər, oğuzlar, qarluqlar və kimək-qıpçaqlar tərəfindən məğlub edildikdən sonra bulqarlara hücum edərək Şərqi Avropada Peçeneq dövlətini qurdular (840-990). Orxon abidələrində xatırlanan kəngərlər, İslam dünyasında və qərbdə Kəngər, üç Peçeneq qəbiləsinin ümumi adı (səkkiz) kimi bilinir. Bizans imperatoru imperatoru VII Konstantin Porfiroqenet Kəngərin nəciblik və şücaət ifadə etdiyini bildirdi. Ukraynalı tarixçi Omelyan Pritsak, Kəngərin Toxar dilindən * kânk "daş" sözündən qaynaqlandığını və ehtimal ki, Kəngəri *ârs < *âvrs < *Aoruša (yun. Αορσοι) yunan sözünə dayanan, İran etnonimi As ilə birləşdirdi.

Значение слова в других словарях